Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov ABŞ səfiri Metyu Brayza ilə görüşüb
30.03.11 18:32

Bu gün təhsil naziri Misir Mərdanov ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Naziliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib. Nazir, son illər ölkə prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. M.Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb.Səfir M.Brayza ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Heydər Əliyev Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi istiqamətində atdığı mühüm addımları da vurğulayıb. M.Brayza, həmçinin ölkəmizin regionlarında qızların peşə təhsilinə cəlb olunması təklifi ilə çıxış edib. Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən nazir ABŞ universitetlərində təhsil alan azərbaycanlı məzunların ölkəmizin ali məktəblərində akademik və elmi tədqiqata başlaması istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3240.html