Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama: “Bütün dünya Qəddafisiz daha yaxşı olacaq”
29.03.11 21:22

Bütün dünya Müəmmar Qəddafisiz daha yaxşı olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Milli Müdafiə Universitetindəki görüşündə bəyan edib. Onun sözlərinə görə, amerikalılar fəxr etməlidir ki, ABŞ Liviyada olan hadisələrə müdaxilə edərək Benqazidə sülhü bərpa etməyə çalışır. Obama qeyd edib ki, ABŞ hərbçilərinin müttəfiqlərin Liviyadakı əməliyyatındakı iştirakı vaxt və miqyas baxımından məhdudlaşdırılaraq quru qoşunlardan istifadə etməyəcək. ABŞ lideri əlavə edib ki, biz bu ölkədə insan qanının axıdılmasının qarşısını almaq üçün müdaxilə etdik. “İndi nə edəcəyik? Əlbəttə Liviya xalqının cəhdlərini dəstəkləyəcəyik. Biz müttəfiqlərimizlə birgə çalışacağıq. Biz Qəddafi rejiminin silahlanmasına imkan verə bilmərik, onu nağd pul təminatından məhrum edəcəyik və Qəddafinin devrilməsindən sonra Liviya müxalifətinin digər dövlətlərlə əməkdaşlığı üçün yardım edəcəyik. Çox güman bu, tez bir zamanda baş verəcək. Liviya xalqı gələcəyini özü təyin etməlidir”,-deyə Obama bildirib.
URL / WWW
http://kelam.az/article/a-3238.html