Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ümumdünya Turizm Təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
29.03.11 21:22

Ümumdünya Turizm Təşkilatının (ÜTT) Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. M.Favilla bu proqramın əhəmiyyətini xüsusi olaraq qeyd edərək, statistik məlumatların ÜTT üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, keçiriləcək seminarlara mərkəzi bankların və digər maliyyə institutlarının təmsilçilərinin dəvət olunmasını təklif edib. M.Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin: Azərbaycan Turizm Assosiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən Şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək.
URL / WWW
http://kelam.az/article/a-3237.html