Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Dünya erməni işğalı faktına siyasi qiymət verməlidir”
29.03.11 20:16

Liviya, Misir, Yəməndə baş verən iğtişaşlara BMT, NATO, ABŞ dərhal müdaxilə etdi. NATO onlara müharibə elan edir, səlib yürüşü təşkil edir. Lakin həmin beynəlxalq qurumlar dünyanın ən dəhşətli faciəsi olan “Xocalı soyqrımına”, “31 mart” soyqrımına biganə qalıb. Hələ də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə siyasi qiymət verilməyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 31 mart soyqrımına həsr olunan tədbirdə bildirib. O, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edərək, təşkilatın bu ilər ərzində heç bir yenilik etmədiyini vurğulayıb. Sədr həmçinin emənilərin törətdikləri 31 mart soyqrımından danışıb. Tədbirdə Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov əsassız erməni iddialarından, kütləvi qətillərdən söz açıb. Onun sözlərinə əsasən, 1993-cü ildən bu amansız qətllərə qarşı sistemli siyasət həyata keçirilir. O, bu hadisələrin beynəlxalq aləmin diqqətinə çatdırılması üçün edilən tədbirləri nəzərə çatdırıb. V.Səlimov həmçinin beynəlxalq ictimaiyyətin bu məsələlərə biganə yanaşmasında erməni lobbisinin təsirini vurğulayıb. O, erməni lobbisinin işğal faktının hüquqi qiymətləndirilməsinə maneə olduğunu əlavə edib. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə prezident İlham Əliyevin “Bir millətin iki diasporası olmaz” fikrinə həmrəy çıxıb. O, ABŞ və Avropada Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyət göstərdiyini bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-3235.html