Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrəyə səfərə gedib
30.03.11 02:16

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov İsveçrəyə səfərə gedib. DSMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, aprelin 1-nə kimi davam edəcək səfərdə məqsəd Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin Cenevrədə keçiriləcək iclasında iştirak etməkdir. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi ölkəmiz 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Rəhbər Komitənin budəfəki iclasında BSTA Avropa Şəbəkəsinin yaxın gələcəkdə inkişafı və idarəedilməsi diqqət mərkəzində olacaq. Müzakirələr samanı Şəbəkənin dörd əlaqələndirmə mərkəzinə bölünərək tapşırıq və öhdəliklərin bu mərkəzlərin rəhbərliyinə verilməsi vasitəsilə strukturun dəyişdirilməsi məsələləri nəzərdən keçiriləcək.Səfər çərçivəsində BSTA-nın Baş Katibinin müraciətinə əsasən, Bakıda BSTA-nın Regional Əlaqələndirmə Mərkəzinin yaradılması üzrə məsləhətləşmələrin aparılması, həmçinin cari ilin iyun ayında Azərbaycanda keçirilməsi planlaşdırılan BSTA-nın Texniki Seminarı ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3233.html