Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » SAM-ın aparıcı elmi işçi İKT-yə üzv ölkələrin beyin mərkəzlərinin II forumunda iştirak edəcək
29.03.11 21:16

Martın 30-u 31-i tarixlərində İstnabulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü (TASAM) ilə “İctimai Diplomatiya” mövzusunda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin beyin mərkəzlərinin II forumu keçiriləcək. Forumda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) aparıcı elmi işçi Cavid Vəliyev təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Tədbirin keçirilməsində məqsəd İKT üzv ölkələrini öz regionlarında və qlobal arenada təsirli bir beynəlxalq aktor olmaq istiqamətində hədəflərinə ictimai diplomatiya vasitəsindən istifadə edərək daha etibarlı şəkildə çatmaqlarına nail olmaqdır. Forum iştirakçıları bu məqsəd üçün müvafiq elmi işləri dəstəkləməklə, ictimai təşkilat və qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə ortaq layihələr həyata keçirə bilmələri üçün zəmin yaradacaqlar. Forum İKT-yə üzv ölkələrin regional və qlobal səviyyədə fəaliyyətlərini gücləndirmə hədəfinə töhfə verməklə yanaşı, qlobal sülh və əməkdaşlığın qurulmasına köməklik göstərəcək. Xüsusilə, beyin mərkəzlərinin nümayəndələrinin ixtisas sahələrinə uyğun çərçivədə reallaşdırılacaq yığıncaqlar ilə həm dövlət həm də vətəndaş cəmiyyəti çərçivəsində, regional və qlobal səviyyədə meydana gələn siyasi, sosiomədəni və iqtisadi inkişafların yaxından izlənilməsi, sahib olduqları məlumatları bölüşərək birlikdə qiymətləndirilməsi, aktual və gələcəyə dair konstruktiv dialoqların inkişaf etdirilməsi mümkün olacaq.
URL / WWW
http://kelam.az/article/a-3232.html