Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov Koreya nümayəndə heyəti ilə görüşüb
30.03.11 01:16

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Torpaq, Nəqliyyat və Dəniz İşləri Komissiyasının sədri Sonq Kvanq Honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı parlamentdən veriblər. Görüş zamanı Z.Əsgərov bildirib ki, Azərbaycanla Koreya arasında bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq yüksək templə inkişaf edir. Əməkdaşlığın inkişafında hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu qeyd edən Z.Əsgərov bu səfərlər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın inkişafı üçün hüquqi baza yaratdığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu gün Azərbaycanda Koreyanın bir sıra tanınmış şirkətləri uğurla fəaliyyət göstərir. Koreyanın bir sıra sahələrdə, o cümlədən inşaat, nəqliyyat sektorunda böyük təcrübəyə malik olduğunu deyən birinci vitse-spiker Azərbaycanda energetika sahəsində həyata keçirilən nəhəng layihələr və Milli Məclisdə nəqliyyat sahəsinə dair qəbul olunmuş qanunlar barədə məlumat verib. Söhbət zamanı birinci vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun regionun inkişafına mənfi təsiri barədə faktları qonaqların nəzərinə çatdırıb. Görüşdə Sonq Kvanq Ho Azərbaycanın Koreya üçün maraqlı ölkə olduğunu qeyd edib. Sonq Kvanq Ho Koreyanın da tarixən işğaldan əziyyət çəkdiyini vurğulayıb və bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tezliklə geri qaytarmalıdır. Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3231.html