Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan hökuməti 142 min manat vəsait yardım ayırıb
19.11.09 23:03

Milli Elm Fondunun (MEF) təşəbüüsü olan İnnovativ Tədqiqatlar Elmi Mərkəzinin (İTEM) yaradılmasına Azərbaycan hökuməti 142 min manat vəsait yardım ayırıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MEF-in direktoru Fuad İsmayılov verib. O qeyd edib ki, mərkəzin yaradılması üçün ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu 50 min dollar yardım ayırıb. Qeyd edək ki, reallaşandan sonra İTEM aparıcı Azərbaycan alimlərinin bərpa olunan enerji, biotexnologiya, kənd təsərrüfatı, ekologiya və ölkədə mövcud olan digər ümdə məsələlərin həll edilməsi üçün fəaliyyət göstərəcəkləri ən son elmi avadanlıqlarla təchiz edilmiş müasir mərkəzə çevriləcək. Mərkəzdə çalışan alimlər ən çox ehtiyac duyulan tətbiqi tədqiqat və analitik işlərin aparılması üçün yerli və xarici təşkilatlardan (habelə Azərbaycan hökuməti və biznes fəaliyyəti ilə məşğul olan yerli təşkilatlardan) aldığı sifarişlərini qəbul edə biləcəklər. İTEM, həmçinin sahibkarlıq və kommersiya sahəsi üzrə treninqlər də təklif edəcək.
URL / WWW
http://kelam.az/article/a-323.html