Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür
28.03.11 20:45

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanları əməkdaşları peşə bayramlarını qeyd edirlər. KƏLAMİNFO xəbər verir ki, peşə bayramı ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar. MTN işçiləri görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstəsi qoyublar. Nazirliyin əməkdaşları sonra Şəhidlər Xiyabanına gələrək, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə gül dәstәlәri düzüb, ā€œƏbədi məşəlā€ abidəsinin önünə əklil qoyublar. Xatırladaq ki, 1919-cu il mart ayının 28-də Azәrbayҹan Demokratik Respublikasının Hərbi naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edilib. MTN-nin fəaliyyətinin hüquqi əsasını AR Konstitusiyası, Milli Təhlükəsizlik haqqında AR-nın Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında AR-nın Qanunu, MTN-nin Əsasnaməsi, Azərbaycanın digər normativ-hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan tərəfindən bağlanan beynəlxalq müqavilə və sazişlər təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-3228.html