Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Bəzi iri gücə sahib ölkələr açıq-aşkar Liviyanı işğal etmək marağındadırlar”
28.03.11 20:45

“Artıq cərəyan edən proseslər ondan xəbər verir ki, bəzi iri gücə sahib ölkələr açıq-aşkar Liviyanı işğal etmək marağındadırlar”. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Ərəstun Oruclu bildirib. O, qeyd edib ki, xalqı diktator rejimindən qurtarmaq missiyası ilə orada iştirak edənlər də var. “Amma NATO-da Türkiyənin bu işğala veto qoyması müsbət haldır. Liviyanı İraq və Əfqanıstanın vəziyyətinə salmamaq lazımdır. Liviyanı Qəzzafi ailəsinin işğalından xilas etmək lazımdır. Əgər koalisiya qüvvələri bunu etmək istəyirlərsə, onda yaxşıdır. Yox əgər Liviyanı Qəzzafinin işğlından azad edib, özləri işğal altında saxlamaq istəyirlərsə, bu, yaxşı niyyət deyil. Belə olsa, bu, İraq və Əfqanıstandan daha pis nəticələr verəcək. Çünki xalq silahını ona qarşı yönəlmiş qüvvələrə tuşlayacaq və daha böyük faciələr baş verəcək. Hələləik atılmış addımlar Qəddafni devirməyə yönəlmiş addımlardır, amma gələcəkdə nə olacaq, demək çətindir”,-deyə ekspert məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-3227.html