Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » V.L.Komarov adına Botanika İnstitutu ilə AMEA Botanika İnstitutu arasında müqavilə izalanıb
28.03.11 20:45

Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun (Sankt-Peterburq) alimləri - iki dəfə Rusiyanın Dövlət Mükafatı laureatı, REA-nın müxbir üzvü, Herbari şöbəsinin müdiri Rudolf Vladimiroviç Kamelin, b.e.d. Olqa Petrovna Kamelina, b.e.n. İqor Germanoviç Leviçev və b.e.n. Lyudmila Stepanovna Krasovskaya AMEA Botanika İnstitutunda olublar. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlar institutun direktoru Validə Əli-zadə ilə görüşüblər. Görüşdə gələcək əməkdaşlıq əlaqələri istiqamətində razılıqlar əldə edilib və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Qeyd edək ki, rus alimlərinin Azərbaycana səfərinin məqsədi Botanika İnstitutunun zəngin Herbari fondunda tədqiqat aparmaq, həmçinin Azərbaycan botanikləri ilə birlikdə bir sıra qoruqların ərazilərində ilkin yaz florası ilə tanışlıq və bu ərazilərdə yayılan bəzi bitki növlərinin taksonomik statusunun müəyyənləşdirilməsi üçün onların filogeniyasını öyrənməkdən ibarətdir. Səfər martın 31-nədək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-3225.html