Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qurban Yetirmişli “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib
28.03.11 20:45

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli Gürcüstanda səfərdə olub. Səfəri çərçivəsində AMEA RSXM-in Baş direktoru NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində “Qafqazda seysmik təhlükəsizlik” mövzusunda keçirilən konfransda iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər.Cənubi Qafqaz ölkələri, NATO və ABŞ-dan olan nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə regiondakı seysmogen vəziyyət, Azərbaycan və Gürcüstanın Seysmik Xidmət Mərkəzləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə olunub. Əldə olunmuş razılaşmaya əsasən layihə çərçivəsində bu ilin iyun ayında Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə Gürcüstanda seysmik avadanlıqların quraşdırılması ilə bağlı Azərbaycandan olan mütəxəssislərin və gənc alimlərin iştirakı ilə seminar - treyninqlərin keçirilməsi nəzərdə tutulur. Eləcə də tərəflər arasında təcrübə mübadiləsini genişləndirmək məqsədi ilə Azərbaycanda gürcüstanlı mütəxəssislərin iştirakı ilə cöl ekspedisya işləri təşkil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3223.html