Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib
28.03.11 20:45

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qhtxeber.az informasiya portalında dəyişikliklər baş verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya qhtxeber.az saytından veriblər. QHT sektorunun əsas tribunası olan qhtxeber.az-dakı dəyişikliklər vətəndaş cəmiyyəti təmsilçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlib. Saytın redaktoru Jalə Tofiqqızı bildirib ki, QHT-lərin fəaliyyətinin qhtxeber.az-da geniş işıqlandırılması məqsədilə imkanlar daha da artırılıb. Saytda baş verən əsas yenilik isə QHT TV rubrikasının açılmasıdır. Belə ki, artıq saytda QHT sektorunun fəaliyyətində baş verən önəmli hadisələrin video görüntüləri də yer alacaq. “Saytın qapıları bütün QHT-lərin üzünə açıqdır. Fəaliyyətə başladığımız ilk gündən bir meyarımız olub. Bu sayt QHT-lərin sözlərini, fikirlərini çatdıracaqları, məsləhət və rəylərini bölüşəcəkləri məkanı olacaq. Buna nə qədər nail olduğumuzu QHT təmsilçiləri, saytın izləyiciləri deyə bilərlər”,- deyən J.Tofiqqızı əlavə edib ki, hazırda saytın ingilis dili bölməsinin yaradılması üzərində iş gedir. Qhtxeber.az-ın redaktoru onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının portala verdiyi böyük dəstək, yaratdığı geniş imkanlar QHT sektorunun fəaliyyətinin daha yüksək səviyyədə işıqlandırılmasını zəruri edir.
URL / WWW
http://kelam.az/article/a-3221.html