Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
28.03.11 20:45

Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. KƏLAMİNFO xəbər verir ki, ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq. Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.Sərgi aprelin 9-10–u, 13:00-dan 18:00-a kimi Hyatt Regency otelində keçiriləcək. Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3220.html