Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ermənistan prezidentinin keçmiş müşaviri: “Serj Sarkisyan Azərbaycanla müharibədən qorxur”
29.03.11 02:45

“Bu gün Ermənistan və Dağlıq Qarabağdakı siyasi situasiya çox bərbad haldadır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin keçmiş müşaviri, ekspert Hayk Balanyan bildirib. O, qeyd edib ki, Ermənistanda sosial-iqtisadi və siyasi vəziyyət günbəgün pisləşir, ölkəni tərk edənlərin sayı sürətlə artır. “Bu problemləri həll etməyə çalışmayınca, Dağlıq Qarabağı düşünməyə dəyməz. Tam əksinə, indi Meğrini əldən verməməyə çalışmalıyıq. Çünki belə gedərsə, Meğrini itirə bilərik. Ermənistandakı hakimiyyət və ya hakimiyyət adlandırdığımız bu cinayətkar dəstə indi Azərbaycanla müharibə ilə yanaşı, onun vəziyyətini azacıq da olsa, gərginləşdirə biləcək hər şeydən qorxur. Onlar istənilən güzəştə getməyə, istənilən mövqedən geri çəkilməyə hazırdırlar. Təki Serj Sarkisyanın dəstəsi Ermənistanı bundan sonra da qarət edə bilsin”,-deyə H.Balanyan vurğulayıb. Onun sözlərinə görə, Serj Sarkisyan nə Ermənistan, nə də Dağlıq Qarabağ uğrunda mübarizə aparan deyil. “Onu yalnız öz pulları, vəzifəsi, ailə və tayfasının durumu maraqlandırır. Nə qədər ki, S.Sarkisyan hakimiyyətdədir xarici siyasətdə məğlubiyyətlərimiz davam edəcək”,-deyə erməni ekspert həyəcanını gizlətməyib.
URL / WWW
http://kelam.az/article/a-3217.html