Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BŞTİ paytaxt məktəblərində monitorinq aparacaq
29.03.11 02:45

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün mayın əvvəlində monitorinqlərə başlayır. BŞTİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu şagirdlərin təhsilin bir pilləsindən digərinə keçməsidir. Qeyd edək ki, monitorinq aparılan V sinif şagirdlərinin bilik səviyyəsi ötən il qiymətləndirilib. İndi bu şagirdlərin V sinifdəki müvəffəqiyyətləri yoxlanılacaq. Monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq və həmin təkliflər həm zəif oxuyan uşaqların, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişaf etdirilməsi ilə bağlı olacaq. Bu prosesin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi və bütün sinifləri əhatə etməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-3216.html