Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Meksikada rəsmi səfərdədir
29.03.11 02:42

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, martın 29-dək davam edəcək səfər çərçivəsində E. Məmmədyarovun Meksikanın xarici işlər naziri xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri, Meksika Diplomatik Akademiyasının təşkil etdiyi “Azerbaijan’s Foreign Policy: Challenges and Prirorities” (Azərbaycanın xarici siyasəti: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı planlaşdırılıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin yerli mətbuat nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-3214.html