Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabah Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji konfransı işə başlayacaq
28.03.11 20:42

Martın 29-30-u tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə 10-cu Gürcüstan Beynəlxalq Neft, Qaz, İnfrastruktur və Enerji Konfransı (GİOGİE 2011) keçiriləcək. Gürcüstanın Enerji, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi, Regional İnkişaf və İnfrastruktur nazirlikləri, Gürcüstan Beynəlxalq Neft, Qaz Korporasiyası (GOGC) və Böyük Britaniya-Gürcüstan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirdə 150-dən çox qonağın iştirak edəcəyi gözlənilir. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) enerji məsələləri üzrə ekspert Gülmirə Rzayeva iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumatia görə, tədbirdə Gürcüstanın neft, qaz, energetika və infrastrukturu sektorunda son işləmələr, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər-Qara Dəniz enerji koridoru, regional enerji layihələri, nəqletmə, beynəlxalq və yerli neft-qaz şirkətlərinin əməkdaşlıq imkanları, Azərbaycanın enerji siyasəti və digər bu kimi məsələlər əsas müzakirə mövzuları olacaq.
URL / WWW
http://kelam.az/article/a-3213.html