Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkili: “Müxalifət korrupsiyaya qarşı mübarizədə çirkli pulların yuyulduğu məkana çevrilməməlidir”
29.03.11 02:42

“Azərbaycanda korrupsiyaya qarşı mübarizəni prezidentin könülü, hər hansı kənar indekslər və kənar dalğalar olmadan seçdiyi göz qabağındadır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O həmçinin qeyd edib ki, bu iş qanunvericilik müstəvisində aparılmalıdır ki, qanunlardakı boşluqlardan istifadə edilməsin. “Mən bu müstəvidə aparılan işlərlə bağlı çoxsaylı misallar göstərə bilərəm. Son iki ayda baş verən proseslər fonunda vətəndaşların da dövlətdə gedən proseslərə xüsusi etimadının yarandığını kimsə inkar edə bilməz”,-deyə millət vəkili vurğulayıb. Z.Oruc bəzilərindən fərqli olaraq, korrupsiyaya qarşı mübarizənin bolşevik ruhu ilə aparılmasını düzgün hesab etmir. “Çünki bu, dünya tarixində çox mənfi nəticələr doğurub, Azərbaycanda da ciddi problemlər meydana çıxara bilər. Mənim anlamımda, cənab prezidentin də qeyd etdiyi kimi, bu proses davamlı olmalıdır. Yaxın aylarda ola bilər ki, kadr islahatlarının, ayrı-ayrı şəxslərin istefaya göndərilməsinin şahidi olaq. Bu prosesin davamlı xarakter alması üçün biz çox işləməliyik. Müxalifət də bu mübarizədə kimlərəsə sığorta sənədi verməməli, çirkli pulların yuyulduğu məkana çevrilməməlidir,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3212.html