Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19.03.11 02:33

Novruz bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, təbrikdə A.Paşazadə bildirib ki, sizi xalqımızın qədim və gözəl bayramı- Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, bol bayram sevinci və xeyirli günlər arzulayıram. “Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmətdiləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dosluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Uca Yaradan süfrələrə xeyir-bərəkət, yemətlərə təşəkür diləyi ilə Novruza qədəm qoyan xalqımızın ümdə dulalfrı Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür. Novruz bayramı ölkə rəhbərimiz İlham Əliyevin yorulmaz səyləri nəticəsində dövlətimiz və millətimiz uğurla inkişafının göstəricisinə çevrilir, Qarabağda qəlbimizə inam və əzmimizi artırır. Biz əminik ki, inşallah, gün gələcək və biz Novruzu doğma Qarabağda- Xankəndində, Şuşada. Laçında, Kəlbəcərdə qarşılayacaq, el adəti üzrə illərin acısını torpaqlarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik”,-deyə Şeyxülislam Allahşükür Paşazadə təbrikində vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3211.html