Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir H.Kılıc: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir”
18.03.11 17:33

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. “Bir qədər əvvəl toplantının bu ilin birinci yarısında olacağını söyləəmişdim. Yəqin ki, iclas may, ya da iyunda keçirilə bilər. Hazırda texniki məsələlər həll olunur”,-deyə səfir qeyd edib. Səfir Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında mütəmadi telefon danışıqlarının olduğunu, danışıqlarda Qarabağ probleminin həllinə dair məsələlərin müzakirə edildiyini bildirib. H. Kılıç Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini bəyəndiklərini, dəstəklədiklərini də bildirib: “Bu tədbirlər Azərbaycanın dünyada yerini daha da möhkəmləndirməsinə və ölkənin iqtisadi inkişafına daha da kömək edəcək”,-deyə H.Kılıc vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3209.html