Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın NATO PA-dakı nümayəndələri qurumun “Rouz-Rout” seminarına qatılacaqlar
18.03.11 17:33

Martın 23-dən 25-dək Tbilisidə NATO Parlament Assambleyasının 76-cı “Rouz-Rout” seminarı keçiriləcək. Tədbirdə Milli Məclis Sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Seminarda Qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın avroatlantik inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və Konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Tədbirlərdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3208.html