Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü İsveçrəyə gedəcək
17.03.11 19:41

Martın 30-dan aprelin 2-dək isə Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü deputat Məlahət İbrahimqızı İsveçrədə səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. O, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Cenevrədə təşkil edilən “Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində parlamentlərin rolu” mövzusunda seminara qatılacaq. Tədbirdən məqsəd tərksilah və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, müsbət təcrübə və strategiyaların müzakirə edilməsi yolu ilə bu işdə parlamentlərin rolunun artırılmasıdır. Seminara NATO üzvü olan 28 dövlətin və Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edən 22 dövlətin parlamentariləri, eləcə də həmin ölkələrdən elmi dairələrin və QHT-lərin nümayəndələri dəvət olunub.
URL / WWW
http://kelam.az/article/a-3204.html