Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər Vyanada Minsk Qrupuna üzv ölkələrin nümayəndələrinə hesabat təqdim edəcəklər
17.03.11 19:41

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Vyanada Minsk Qrupuna üzv ölkələrin nümayəndələrinə hesabat təqdim edəcəklər. KƏLAMİNFO Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Xankəndində fransalı həmsədr Bernar Fasie deyib. Diplomat regiona səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb. O, həmçinin bildirib ki, həmin görüşlərdə üç vacib məsələ müzakirə olunub. “Biz, ilk növbədə, münaqişə tərəfləri ilə Soçi görüşü barədə fikir mübadiləsi aparmışıq, Ermənistan prezidenti bu görüşü müsbət adlandırıb. Biz də bu fikirlə razıyıq. Tərəflərlə, həmçinin son insidentləri və təmas xəttindəki hazırkı vəziyyəti, eləcə də hər iki tərəfdən itkiləri minimuma endirməyi müzakirə etmişik”,-deyə diplomat vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində 3 həmsədr ölkənin sıx əməkdaşlıq etdiyini bildirən B.Fasie vahid komanda kimi çalışdıqlarını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-3203.html