Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Y.Yakub: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir”
17.03.11 19:41

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrailin “Wazana Group Ltd” şirkətinin idarəetmə və investisiya üzrə məsləhətçisi doktore Yuri Yakub ilə görüş keçirilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində AMEA prezidenti akademik Mahmud Kərimovla görüşdüyünü qeyd edən qonaq ölkəmizə gəlişinin biznes inkubatorların, texnoparkların yaradılması istiqamətində Azərbaycanda görülən işlərlə tanış olmaq məqsədi daşıdığını vurğulayıb. O, İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyini bildirib: “Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Mənim bu gün burada olmağımın səbəbi respublikanın müvafiq qurumları, qabaqcıl elmi müəssisələr ilə əməkdaşlığımızı genişləndirmək, öz təcrübəmizlə sizi tanış etməkdir”,-deyən qonaq təmsilçisi olduğu şirkətin ölkəmizdə İKT sahəsində məhsul və xidmətlərin istehsalı üzrə fəaliyyət göstərən biznes inkubatorların yaradılmasında əməkdaşlığa hazır olduğunu vurğulayıb. İnstitutun direktoru Rasim Əliquliyev Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Regional İnnovasiya Zonasının (RİZ) yaradılması istiqamətində məqsədyönlü tədbirlərin görüldüyünü, RİZ-in əsas hədəflərinin ölkə iqtisadiyyatında İKT-nin xüsusi çəkisini artırmaq, neft sektoruna nativ yaratmaq, intellektual potensialın inkişafını və innovasiya yönümlü istehsalı təşviq etmək, rayonların inkişafına xidmət etmək, ölkənin ixrac potensialını artırmaqdan ibarət olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-3201.html