Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səfir İ.Muxtarov Meksikanın enerji naziri Xose Antonio Meade ilə görüşüb
16.03.11 16:14

Azərbaycanın Meksikadakı səfiri İ.Muxtarov bu ölkənin yeni təyin edilmiş enerji naziri Xose Antonio Meade ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Görüş zamanı tərəflər iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialın əhəmyyətini vurğulayıb və əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər. Səfir İ.Muxtarov, həmçinin Azərbaycanın enerji emalı və istehsalı sahəsinin tarixi inkişaf prosesi, Nobel qardaşlarının Bakıda fəaliyyəti, Neft Daşları şəhərciyinin tikilişi tarixi, habelə müasir dövrdə Azərbaycanın enerji siyasəti, dünya miqyasında enerji sektorunun inkişafında mühüm rol oynayan mütəxəssislər hazırlamış Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyəti haqda X.A.Meadeyə geniş məlumat verib. X.A.Meade Azərbaycanla enerji sektorunda əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, eyni zamanda öz ölkəsinin elmi mütəxəssislər və tələbə mübadiləsi sahəsində əməkdaşlıqda da maraqlı olduğunu vurğulayıb və Meksikanın müvafiq təhsil müəssisəsi ilə əlaqələrin yaradılmasının vacibliyini bildirib. Görüşdə, həmçinin 2011-ci ilin 7-10 iyun tarixlərində Bakıda keçiriləcək “Xəzər Neft və Qaz Beynəlxalq Sərgi və Konfransı”nda Meksika nümayəndə heyətinin iştirak etməsinin mümkünlüyü məsələsi müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-3197.html