Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Nə qədər ki, torpaqlarımızı işğaldan azad etməmişik büdcədən qənaətlə istifadə etməliyik”
16.03.11 16:12

“Yaxın 15-20 ildə Azərbaycan neftdən olunan transferlərindən bütün sahələrdə artıqlaması ilə istifadə olunacaq. İndi ölkə müharibə şəraitində olduğu üçün sadəcə bunu edə bilmirik”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin vitse- spikeri Ziyafət Əsgərov bildirib. O, qeyd edib ki, Azərbaycan torpaqları nə qədər ki, işğaldan azad olmayıb hər an müharibə etmə ehtimalı güclüdür, buna maddi cəhətdən də daim hazır olmaq lazımdır. “Biz indi maaşları və təqaüdləri daha yüksək formada qaldırıb və sabah müharibə edəcəyimiz təqdirdə necə deyək ki, qaldırdığımız məvacibləri yenidən endiririk? Müharibə şəraitində bu əhali arasında sərt reaksiya ilə qarşılana bilər”,-deyə vitse-spiker vurğulayıb. Onun sözlərinə görə, nə qədər ki, torpaqlarımızı işğaldan azad etməmişik büdcəmizdən qənaətlə istifadə etməliyik. “Çünki, bizim hər an müharibə etmə ehtimalımız var və müharibə də ciddi xərc tələb edir. Biz buna hazır olmalıyıq”,-deyə Z.Əsgərov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3196.html