Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT-in Minsk Qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər
16.03.11 02:33

Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri - Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan rəsmiləri ilə görüşlərə başlayıblar. KƏLAMİNFO xəbər verir ki, həmsədrlər ilk olaraq xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların indiki vəziyyəti müzakirə edilib. Qeyd edək ki, həmsədrlər bu gün prezident İlham Əliyevlə də görüşəcəklər. Onlar Dağlıq Qarabağa qiymətləndirici missiyanın yekunlarına dair hesabatı prezident İlham Əliyevə təqdim edəcəklər. Sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah İrəvanda görüşlər keçirəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3194.html