Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib
15.03.11 16:33

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Parisdə keçirilmiş yığıncağında qurumun aprelin 11-dən 15-dək davam edəcək yaz sessiyasının gündəliyini təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, yaz sessiyasının ilk günündə büronun və daimi komitənin qış sessiyasından keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinləniləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun işindən danışacaq, deputatların ona ünvanlayacağı yazılı və şifahi suallara cavab verəcək. Aprelin 12-də Fransa, Norveç və İsveçrədən İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Rumıniyadan, Vatikandan, Türkiyədən, Rusiyadan və Almaniyadan olan yüksək rütbəli din xadimləri çıxış edəcək, dinlərarası dialoqun dini ölçüsü, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti, məktəbdə zorakılığa qarşı tərbiyə məsələləri müzakirə olunacaq. Sessiyanın sonrakı günlərində yoxsulluqla mübarizə, demokratiya üçün təhlükə və insan haqları, Şərqi Avropada iqtisadi inkişafa və idarəçiliyə dair Avropa İttifaqının Şərq tərəfdaşlığına çağırışı, Avropada kəndli qadınların vəziyyəti, AŞ-a üzv dövlətlərdə ölüm hökmü və AŞ-ın müşahidəçiləri, Avropada işgəncələrə qarşı mübarizə mexanizminin gücləndirilməsi, su-münaqişələr mənbəyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sessiyanın gedişində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, AŞ-ın insan haqları üzrə komissarı Tomas Hammarberq, AŞ baş katibi Tyornbyorn Yaqland və ölüm hökmünün ləğvi üzrə Beynəlxalq Komitənin sədri Federiko Mayor Saraqozanın deputatlar qarşısında çıxışları nəzərdə tutulur. Avropalı deputatlar son vaxtlar ərəb dünyasında baş vermiş hadisələrə də münasibət bildirəcəklər. Aprelin 15-də AŞPA bürosu yaz sessiyasının işinə yekun vuracaq. AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələnin müzakirəsi daxil edilməyib.
URL / WWW
http://kelam.az/article/a-3193.html