Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri ADU-da olub
15.03.11 18:30

Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycan Dillər Universitetində (ADU) “Şərq əməkdaşlığı və Avropa Birliyi-Azərbaycan münasibətlərinin vəziyyəti” mövzusunda təqdimatla çıxış edib. Çıxışı zamanı R. Kobia Avropa Birliyinin yaranma tarixi, Avropa Birliyi-Azərbaycan münasibətləri, eləcə də Şərq əməkdaşlığından geniş şəkildə danışıb. Bu barədə KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən məlumat verilib. Nümayəndəliyin rəhbəri Avropa Birliyinin dünyada ilk inkişaf edən iqtisadi təşkilat olduğuna toxunaraq, AB-də 23 rəsmi dilin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Kobianın dediyinə görə, Avropa Birliyində üzv dövlətlərin könüllü iştirakı, bərabər əsasda bütün üzvlərin qərar qəbul etməsi, tam şəffaf iştirak sistemi var ki, bunların heç biri SSRİ-də olmayıb. AB-Azərbaycan əlaqələrinin tarixinin 1990-cı illərdən başlandığını deyən səfir əlaqələrin daha da genişlənməsindən söz açıb. Bundan əlavə, Şərq əməkdaşlığına toxunan R.Kobia bu əməkdaşlığın demokratiya, insan hüquqları, yaxşı idarəetmə, bazar iqtisadiyyatı üzərində qurulduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3192.html