Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əmmar Əl Həkim İstanbulda Cəfərilərin lideri ilə görüşüb
20.11.09 03:00

İordaniyanın paytaxtı Əmmandan İstanbula gələn İraq İslam Yüksək Şurasının rəhbəri Əmmar Əl Həkim Halkalıdakı Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzini ziyarət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Zeynəbiyə Məscidi və Mədəniyyət Mərkəzindən veriblər. Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzlə mətbuatın iştirakı olmadan görüşən Əl Həkim, ardınca jurnalistlərə açıqlama verib. Türkiyəni ziyarət etdiyinə görə, məmnunluq hissi duyduğunu söyləyən Şura rəhbəri, atası və eyni zamanda İraq İslam Yüksək Şurasının sabiq rəhbəri Əbdüləziz Əl Həkimin vəfatından sonra Türkiyədə keçirilən baş sağlığı məclislərinə görə təşəkkür edib. Türkiyədə olduğu müddətdə prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşü planlaşdırılan Əl Həkim iki ölkə arasındakı münasibətlərin çox qədim bağlara dayandığını söyləyib. ''İki ölkə arasındakı münasibətlər İslamdan doğur. İslam, barış və tolerant dindir. Türkiyənin demokratiya təcrübəsinə hörmət etdirik. Bu uca ölkə, bir yandan İslami kimliyini qoruyan, eyni zamanda demokratiyanı da ən yaxşı həyata keçirən ölkələrin başında yer almaqdadır. Türkiyənin əlində olan texnologiyaya və mütəxəsissliyə heyranlıqla baxırıq. Türkiyə, İraqın yenidən qurulmasında böyük rol oynaya biləcək'',-deyə Əl Həkim bildirib. Əl Həkim İraqdakı inkişafın müsbət yöndə olduğunu vurğulayaraq, milli və məzhəbi qruplar arasındakı münasibətlərdə də inkişaf hiss etdiyini dilə gətirib. İraqın problemlərinin ölkə içində həll edilməsi gərəkdiyini vurğulayan Əl Həkim deyib: ''Hər nə qədər fikir ayrılıqları olsa da biz beynəlxalq uzlaşma arxasınca qaçırıq. Türkmənlər şübhəsiz İraqdakı təməl ünsürlərdən birini təşkil etməkdədir. Biz onlara hörmətlə yanaşırıq. İraqdakı digər qrupların haqlarını necə qoruyuruqsa, eyni şəkildə türkmənlərin də haqqlarını qoruyacağımıza dair qəti bir qərar aldıq'',-deyən qonaq İraqda keçiriləcək seçkilərə də böyük önəm verdiklərini ifadə edib. Kərkükün ''Kiçik bir İraq'' olduğunu bildirən Əl Həkim orada bütün millətlərin barış içində yaşayana qədər çalışacaqlarını qeyd edib. ABŞ-ın İraqdan çəkilməsindən sonra yaşanacaq vəziyyətlə bağlı suala isə o, ''İraqda təhlükəsizlik baxımından bir boşluq yoxdur. İraq təhülkəsizlik gücləri xarici güclərdən doğan boşluğu doldurmaqdadır. Biz heç bir xarici gücün İraqda qalmamasını gözləyirik. Xarici güclərə baş vurmadan təhlüksizlikdə böyük bir yaxşılaşma görülməkdədir. Biz həqiqətən ən qısa müddətdə müstəqilliyimizi həyata keçirməyi səbirsizliklə gözləyirik. Mənim qənaətimə görə, beynəlxalq liderlik məsələsində olan heç bir iraqlı, İraqın bölünməsi üçün əmək sərf etməməkdədir'',-deyə o cavab verib. Xanımının anasının türk olması səbəbi ilə Türk xalqına ayrı bir sevgi duyduğunu bildirən Əl Həkim deyib: ''İraqdakı terror hadisələrinə nəzər saldığınız zaman bunu görəcəksiniz, sadəcə bir cinayət yoxdur. Bu terror hadisələrinin arxasında siyasi məqsədlər var. İraqdakı bəlli bir qrupa yaxınlıq göstərdiyimiz zaman bu gərginlik və hadisələr yumşalmağa başlayar. Biz digər qruplarla dialoqumuzu davam etdirib şiddəti yumşaltmağa çalışırıq, amma digər yanda da kədərləndirici bir tərəf var. Bəzi qruplar, günahsız iraqlıların qanını axıtaraq siyasi məqsədlərini gerçəkləşdirməyə çalışırlar. İraq təhlükəsizlik qurumlarının önümüzdəki seçkilərdə və parlamentin meydana gəlməsində əllərindən gələni edəcəyini inanırıq''. Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüz də ziyaretlə bağlı Əl Həkimə təşəkkür edib. S.Özgündüz Əl Həkimin Türkiyə ziyarətinin Türkiyə-İraq münasibətlərində müsbət nəticələr doğuracağını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-319.html