Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi ilə görüş olub
16.03.11 02:30

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov ABŞ-ın antisemitizmin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi elçisi xanım Hanna Rozentalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Deputat Y.Abramov qonaqlara Azərbaycanın iqtisadi uğurları, bölgədəki nüfuzlu mövqeyi, ABŞ-la strateji müttəfiqliyi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə antisemitizm əlamətləri heç vaxt olmayıb. “Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar. Dövlət başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub”,-deyə deputat vurğulayıb. Bakıya səfərin məramını açıqlayan nümayəndə heyətinin başçısı xanım Hanna Rozental Azərbaycanın dini müxtəlifliyinə, buradakı tolerantlığa heyran qaldıqlarını bildirib. ABŞ-ın müsəlman icmaları ilə iş üzrə xüsusi nümayəndəsi xanım Fərəh Pandit qeyd edib ki, onların missiyası dünyada müsəlman icmalarına qarşı artan xoşagəlməz münasibəti aradan qaldırmaqdır. Görüşdə bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3189.html