Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İbrahim Tatlısəsi güllələyiblər
15.03.11 02:47

Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, İ.Tatlısesə Şişlidə naməlum avtomobildən atəş açılıb. Müğənni başından ağır yaralanıb. Hadisə zamanı İ.Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. O, əvvəlcə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir. Faktla bağlı polis araşdırma aparır.
URL / WWW
http://kelam.az/article/a-3181.html