Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək
14.03.11 18:47

Azərbaycan “Eurovision 2011” mahnı müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Xatırladaq ki, İTV-nin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunub. Şirkətin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib. Eldar və Nigar Camal dueti “Running Scared” mahnısını mayın 10-da, Eurovision mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək. “Running Scared” mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib. “Running Scared” mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər “Eurovision-2010”da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi “Drip ” mahnısını bəstələmişdilər. Xatırladaq ki, “Eurovision-2011” Milli Seçim turunda 7 həftə ərzində 77 iştirakçı arasından 5 nəfər finala vəsiqə qazanmışdı. Fevralın 11-də keçirilən Milli Finalda isə Ell/Nikki dueti qalib seçilib. Bu gün İctimai Televiziyanın efirində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçilərinin ifa etdiyi “Running Scared” mahnısının ilk video çarxı təqdim olunacaq. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-3180.html