Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan Moskvada MDB-nin Turizm Şurasının iclasında iştirak edir
15.03.11 02:47

Bu gün Azərbaycanın da iştirakı ilə Rusiyanın paytaxtı Moskvada Turizm sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən veriblər. İclasda Azərbaycanı Turizm İdarəsinin Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir. İclasda 10-a yaxın məsələ, o cümlədən MDB-nin 20 illiyinə həsr edilmiş Tədbirlər Planı və 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının həyata keçirilməsinin gedişi müzakirə ediləcək. Şura üzvləri 2012-2013-cü illərdə Birlik ölkələrində Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə təklifləri də müzakirə edəcəklər. Təkliflərin siyahısında YUNESKO-nun “Dünya irsi” proqramına daxil edilmiş kulturoloji təyinatlı obyektlərin siyahısı əsasında MDB üzvü olan dövlətlərin həmin dövlətlərin ərazilərindən keçən və “Varyaqlardan yunanlara aparan yolun izi ilə” mövzusunda transsərhəd turizm marşrutlarının yaradılması barədə təklif də var. İclasda Birlik ölkələrinin müvafiq profilli KİV-lərinin nümayəndələri üçün Azərbaycanın regionlarına mətbuat turu təşkil edilməsi və “Belarus Respublikasının qonaq kartı”nın tətbiq edilməsi üzrə işlər müzakirə ediləcək. Şuranın iclasından sonra, martın 15-də MDB məkanında mədəni-öyrədici turizmin inkişafı məsələlərində əməkdaşlıq və razılaşdırılmış siyasət formalaşdırılmasına həsr edilmiş I Beynəlxalq konfrans keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3178.html