Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT sədrinin bir sıra siyasi partiya rəhbərləri ilə görüşü keçirilib
15.03.11 02:47

Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilir. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirlər. Görüşdə Azərbaycanın Avropa və regionda vacib ölkə olduğunu vurğulayan ATƏT sədri ölkədə demokratik islahatlar aparılmasının da vacibliyini diqqətə çatdırıb. Azərbaycanın demokratiya yolunu seçdiyini söyləyən A.Ajubalis ölkənin seçki qanunvericiliyinə müəyyən dəyişikliklərin edilməsinin zəruriliyini də önə çəkib. A.Mollazadə, X.Kazımlı, İ.İsmayılov ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yetərincə səy göstərmədiyini bildiriblər. Sonra görüş media təmsilçilərinin iştirakı olmadan davam etdirilib.
URL / WWW
http://kelam.az/article/a-3175.html