Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkili: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar”
14.03.11 18:47

Bu gün bəzi beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində Azərbaycanda “insan haqları” deyilən anlayışı necə gəldi insanlara sırıyırlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Yaqub Mahmudov bildirib. Deputat qeyd edib ki, həmin təşkilatlar Azərbaycanda 1 mln. qaçqının gələcək taleyi ilə maraqlanmırlarsa o zaman burada hansı həqiqi insan haqlarından söhbət gedir? Y.Mahmudovun sözlərinə görə, həmin qurumların ölkəmizdə insan haqlarına bu cür öz maraqlarından yanaşması xalqımızın gələcəyinin məhvinə aparır. “Ona görə də o müstəvidəki insan haqları mövzusunu biz heç bir müzakirələrdə nəzərə almamalıyıq. O təşkilatlar Azərbaycanda maraqlarına uyğun yalnız bir qrupu dəstəkləməklə müdafiə edir. Biz bunu vaxtında nəzərə alaraq bununla bağlı qanunvericilikdəki boşluqları doldurmalıyıq”,-deyə millət vəkili vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3174.html