Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinə hörmət etmir”
11.03.11 19:16

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə Soçidəki görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri aktiv fəaliyyətə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, həmsədrlər prezidentlərin görüşündən sonra özlərinə qarşı təhlükə hiss edirlər. M. Əhmədoğlu bildirib ki, əgər ATƏT-in Minsk qrupunun həmsədrləri bu aktivliyi illər əvvəl göstərsəydilər, indi Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunmuşdu. M.Əhmədoğlu həmçinin Soçi görüşündə Rusiyanın həmsədrlərin iştirakına icazə verməməyini, həmsədrlərin heç bir hötmətinin qalmadığının göstəricisi olduğunu qeyd edib. “ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinə hörmət etmir, onlar monitorinqin yekun nəticələrini açıqlamamaqla BMT-nin Ermənistana sanksiya tədbiq etməsinin qarşısını alırlar”,-deyə politoloq bildirib. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin monitorinq zamanı Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma faktını qeydə aldıqlarını, məhz bu səbəbdən monitorinqin yekun nəticələrini açıqlamadığını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3172.html