Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda məişət zorakılığının qarşısının alınmasına həsr olunan konfrans keçirilib
11.03.11 19:16

Bu gün ATƏT-in Bakı ofisi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında qanunun dəstəklənməsi: məlumatlandırma və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, hökumət, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda məişət zorakılığının Azərbaycanda əhatə dairəsi və təsirindən bəhs edilib, sözügedən qanunun detalları müzakirə olunub, iştirakçılara beynəlxalq təcbürə və mütərəqqi nümunələr haqqında məlumat verilib. Konfransda həmçinin bu təcrübələrin Azərbaycanda münasib olub-olmadığına dair hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasında müzakirə aparılıb. Konfransda çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, məqsədləri başqa ölkələrin təcrübəsini təqdim etməklə və məişət zorakılığının qarşısının alınması haqqında yeni qanunun icrasının yollarına dair müzakirələr aparmaqla, hökumətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirməkdir. B.Cankorel qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda məişət zorakılığının qarışısın alınmasını bu il prioritet istiqamət hesab edir və bununla bağlı bir sıra regionlarda tədbirlər keçirəcək, hüquq-mühafizə orqanları və digər müvafiq strukturların əməkdaşlarına təlimlər keçiriləcək. AQUPDK sədri Hicran Hüseynova isə qeyd edib ki, məişət zorakılığının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsinə baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır. O, bu problemin aradan qaldırılamsı istiqamətində dövlət qurumları ilə bərabər, vətəndaş cəmiyyətinin də fəal iştirak etməsinin zəruri olduğunu söyləyib. Ombudsman Elmira Süleymanova isə bildirib ki, ölkədə sözügedən problemin geniş yayılan formalarının təhlil olunmasına ehtiyac var və zorakılıqdan əziyyət çəkənlərin müraciət etmələri üçün müvafiq məlumat mərkəzləri, “qaynar-xətt”-lər yaradılmalıdır. O, çıxışında bir sıra digər təkliflər də irəli sürüb. Bolqarıstan Məişət Zorakılığına qarşı Müdafiə Alyansını təmsil edən ekspert Diyana Videva “Bolqarıstanda məişət zorakılığı ilə vəziyyət” mövzusuda çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-3171.html