Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elxan Poluxov İtaliyada işgüzar səfərdə olub
11.03.11 19:16

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elxan Poluxov İtaliya Respublikası XİN-in Mətbuat və İnformasiya idarəsinin rəhbəri Mauritsio Massarinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat katibliyindən veriblər. M.Massari ilə keçirilən görüş zamanı tərəflər hər iki Nazirliyin Mətbuat xidmətlərinin fəaliyyəti, əldə edilən təcrübə, habelə perspektiv planlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin hər iki ölkə ictimaiyyətinin müvafiq olaraq, Azərbaycan və İtaliya haqqında daha geniş şəkildə məlumatlandırılması istiqamətində işin intensivləşdirilməsinin zəruriliyi qeyd edilib. Bu xüsusda, hər iki ölkənin mətbuat nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunub. E.Poluxov İtaliyanın Link Kampus Universitetinin Strateji Araşdırmalar Mərkəzində İtaliyanın aparıcı elmi tədqiqat mərkəzlərinin ekspertləri, Universitetin müəllim və tələbə heyəti ilə görüş keçirib. Azərbaycan diplomatını salamlayan Mərkəzin direktoru, professor Serco Luici Cermani Azərbaycan ilə İtaliya arasında tarixi əlaqələrə işarə edərək, İtaliyanın elmi ictimaiyyətində Azərbaycana dair böyük marağın olduğunu qeyd edib. Daha sonra E.Poluxov Azərbaycan barədə danışaraq, ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Təqdimat zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, danışıqlar prosesinə dair keçirilən müzakirə zamanı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırılıb və Azərbaycanın ədalətli mövqeyi auditoriya tərəfindən dəstəklə qarşılanıb. Tədbirdə həmçinin Azərbaycanın enerji siyasəti, Azərbaycan-İtaliya, eləcə də Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair çoxsaylı suallar cavablandırılıb. Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-3170.html