Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində Ali təhsildə yeni maliyyələşmə mexanizmi ilə bağlı müşavirə keçirilib
11.03.11 19:15

Təhsil Nazirliyində “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda müşavirə keçirilib. Müşavirədə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, Nazirlər Kabinetinin şöbə müdirinin müavini Qurban Əmirov və ali məktəb rəhbərləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Müşavirədə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin nəticələr və təkliflər” mövzusunda təqdimat-məruzə ilə çıxış edən M.Mərdanov bildirib ki, yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət sifarişi üzrə tələbə qəbulu gözləniləndən az olub, ödənişli əsaslarla tələbə qəbulu isə artıb. Nazir ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərdən əməkhaqqına ayrılan vəsaitin artırılmasının da nəzərdə tutulduğunun açıqlayıb. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vaxtaşırı Təhsil Nazirliyində keçirilən müzakirələrin əhəmiyyətinə toxunan S. Şərifov ali məktəblərdə büdcədənkənar gəlirlərdən, dövlət sifarişi əsasında kadr hazırlığına görə əldə edilən vəsaitdən istifadənin daha səmərəli təşkilinin vacibliyini vurğulayıb. Sonda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, ali məktəb rektorlarının təklifləri dinlənilib.
URL / WWW
http://kelam.az/article/a-3167.html