Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Xocalı Soyqırımını Tanıtma” İB 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətli ilə bağlı bəyanat verdi
12.03.11 02:15

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 9 yaşlı Ağdam rayonu sakini Fariz Bədəlovun erməni silahlıları tərəfindən qətlz qtnbhbkvzcb ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda birliyin sədri Şamil Sabiroğlu bildirib ki, baş verən hadisə böyük faciədir və bu faciə ilə bağlı bütün Azərbaycan xalqı həmrəy olmalıdır. Onun sözlərinə görə, körpənin snayper gülləsi ilə vururlması onun təsadüfən deyil, hədəf seçilərək öldürülməsini göstərir. “Bununla bağlı təşkilatımız bəyanat da hazırlayıb. Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəfə alması insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara ziddir. Bəyanatda qeyd olunur ki, beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, xüsusilə də münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qətliama obyektiv münasibət bildirməlidirlər”,-deyə Ş.Sabiroğlu bəyanatlarını açıqlayıb. O, qeyd edib ki, bu bəyanat ölkədəki bütün xarici dövlətlərin səfirliklərinə və nümayəndəliklərə göndəriləcək. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin martın 08-i aat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.
URL / WWW
http://kelam.az/article/a-3166.html