Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK həkim mütəxəssislərin hazırlanması üçün rezidenturaya qəbul qaydalarını elan etdi
12.03.11 01:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər. Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericillikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər. Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılır. Həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK-a) tələb olunan sənədləri sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Həkimin elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər. Həkimlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiq etməlidirlər. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İmtahan verdiyi proqrama aid olan ixtisasların seçimində iştirak etmək üçün həkimin imtahandan topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
URL / WWW
http://kelam.az/article/a-3164.html