Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək
12.03.11 02:14

Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək. Festival çərçivəsində muğama həsr olunan müzakirələr olacaq, klassik və simfonik muğamlar səsləndiriləcək. Bu barədə KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq muğam festivalı martın 14-ü Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının təntənəliaçılış mərasimi olacaq. Ertəsi gün AMEA Tarix Muzeyində “Azərbaycan muğamı və Orta Şərq musiqisi ” elmi simpoziumun açılış mərasimi baş tutacaq. Martın 16-sı Azərbaycan Bəstəkarlar İttifaqında Simpoziumun davamı olacaq.
URL / WWW
http://kelam.az/article/a-3163.html