Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Türk Xalqları Mədəniyyəti Vəqfinin Azərbaycan təmsilçisi təyin edilib
11.03.11 02:51

Baş qərargahı Qazaxıstanın Almatı şəhərində yerləşən Türk Xalqları Mədəniyyəti Vəqfinin başqanı Ahmet Dağduran Azərbaycan Yazıçılar Birliyinin (AYB) Muğan Bölməsinin sədri Namiq Hacıheydərlini qurumun Azərbaycan təmsilçisi təyin edib. Vəqfdən KƏLAMİNFO-ya verilən xəbərdə qeyd olunub ki, N.Hacıheydərlinin təyinatı Vəqfin yeni başqan yardımçısı Azər Həsrətin təqdimatı əsasında gerçəkləşib. Qurumun Almatıda və Türkiyənin Adana şəhərində dərc edilən “Türk Aləmi” qəzetinin Azərbaycan təmsilçiliyi də N.Hacıheydərlinin səlahiyyəti çərçivəsinə daxil edilib. Qeyd edək ki, Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. O, 5 kitabın, 50-dən artıq elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
URL / WWW
http://kelam.az/article/a-3160.html