Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistan təklif edilən variantlara məhəl qoymur
19.11.09 23:00

Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşünün yaxın günlərdə keçirilməsi planlaşdırılır. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. A.Əzimov qeyd edib ki, Azərbaycanın mövqeyi Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarətdir.“Qarşı tərəf münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirsə də, onun mövqeyində beynəlxalq hüquq norma və prinsiplərinə uyğunluğu görmürük. İkincisi, biz onların mövqelərində inkişafın əks istiqamətini müşahidə edirik. Həmsədrlərin səylərindən, bu qədər görüşlərdən, ümid bəslənən inkişafın əldə edilməsi üçün atılan addımlardan sonra Ermənistan yenə də prinsiplərə təklif edilən variantlara məhəl qoymadan, təzədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının bir hissəsinin ayrılmasına üstünlük verirsə, məncə, Ermənistan əks mövqedə dayanır. Odur ki, dediyim kimi, Ermənistanın mövqeyində dəyişiklik baş verməlidir”,-deyə A.Əzimov məsələyə münasibət bildirib. O qeyd edib ki, Azərbaycan öz mövqeyində kompromislərə yer saxlayıb. Onun sözlərinə görə, Azərbaycan körpünün ortasında dayanıb və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir. “Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisin müzakirə edilməsinə hazırdırsa, biz də belə bir müzakirənin davam etdirilməsinə hazırıq”,-deyən A.Əzimov qarşı tərəfin münaqişənin həlli istiqamətində konstruktiv addım atmasını vacib sayıb.
URL / WWW
http://kelam.az/article/a-316.html