Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İzmirdə Azərbaycan Türklərinin 1-ci qurultayı keçiriləcək
10.03.11 20:51

Aprel ayının 23-24-də İzmir şəhərində Türkiyədə yaşayan Azərbaycan Türklərinin 1-ci qurultayı keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı bu gün Atatürk Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və eyni zamanda “CanAz” TV-nin rəhbəri Camal Mehmetxanoğlu vurğulayıb ki, dünyada 50 mln-dan çox azərbaycanlı yaşayır. Onun sözlərinə görə, bunun 3 mln-dan çoxu Türkiyədə yaşayır.“Azərbaycanlılar müxtəlif səbəblərdən 1870-ci illərdən bu yana cənubi və şimali Azərbaycandan Türkiyənin müxtəlif şəhərlərinə köç ediblər. Onların bir qismi Türkiyənin ictimai-siyasi həyatında böyük uğurlar əldə ediblər. Digər köç isə 1915-ci ildə ermənilərin törətdikləri soyqırımlardan canlarını qurtarmaq üçün Türkiyəyə gediblər. Hazırda Türkiyəyə Azərbaycanlılar az da olsa işləmək və ya oxumaq üçün gedirlər. Hazırda qeyri rəsmi məlumata görə 3,5 milyondan çox Azərbaycanlı Türkiyədə yaşasa da onların çoxu öz ölkələri haqqında heç bir məlumat bilmirlər. Bu qurultayın keçirilməsinin əsas səbəbi də Türkiyədə yaşayan Azərbaycanlıları bir yerə toplayıb onlara öz ölkələri və öz tarixləri haqqında düzgün və dolğun məlumatlar verməkdir. Tədbirdə həmçinin Türkiyədə yaşayan Azərbaycanlıların problemləri və onları maraqlandıran bütün məsələlərə toxunulacaq”,-deyə o qeyd edib. C. Mehmetxanoğlu vurğulayıb ki, tədbirin 23-24 aprel tarixlərində keçirilməsi heç də təsadüfü deyil. O, vurğulayıb ki, 23 aprel Türkiyə Böyük Millət Məclisinin ilk dəfə toplandığı gün və Beynəlxalq Uşaqların bayarmı günüdür. “24 aprel isə Bütün Dünyada Ermənlilərin uydurduqları soyqırım günüdür. Bizim də bu tədbirdə əsas hədəfimiz son 100 ildə Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətləri aşkara çıxardılması olacaq”,-deyə C. Mehmetxanoğlu söyləyib. Qeyd edək ki, tədbirdə Avropada fəlaiyyət göstərən Türkiyə və Azərbaycan diaspora rəhbərləri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və eyni zamanda Azərbaycandan millət vəkilləri və bir sıra dövlət xadimlərinin iştirakı gözlənilir. Xatırladaq ki, qurultaydan əvvəl isə Türkiyənin İzmir şəhərində 4-cü Novruz festivalı, Bakı və Təbriz gecələri, Şövkət Ələkbərovanın, Səməd Vurğunun, Bulud Qaraçorlunun (Sehend), Əli Səliminin anım mərasimi də keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3157.html