Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
10.03.11 20:51

Bu gün ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit və Anti-Semitizmə qarşı Mübarizə üzrə səlahiyyətli nümayəndəsi Hanna Rozentalın Türkiyə, Azərbaycan və İspaniyaya səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Türkiyədə ABŞ-ın rəsmi nümayəndələri gənclər, hökumət rəsmiləri və icma liderləri ilə dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə edəcək. Xüsusi nümayəndələr Azərbaycana səfər zamanı vətəndaş cəmiyyətinin üzvləri və gənc liderlərlə görüşlər keçirəcəklər. Onlar nifrət və fanatizmə son qoymaq və insanları könüllü fəaliyyətlərə vaxt ayırmağa təşviq etmək məqsədi ilə hazırlanmış “ 2011 Nifrət Əleyhinə Saatlar ” kampaniyasını təqdim edəcəklər. Onların Bakıya gəlişi bu gün gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-3156.html