Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parlament Jurnalistləri Birliyi 10 deputatı ən fəal millət vəkili kimi dəyərləndirib
10.03.11 20:51

Bu gün Beynləxalq Mətbuat Mərkəzində (BMM) Parlament (Tərəfsiz) Jurnalistləri Birliyi tərəfindən ötən ilin dekabrında Milli Məclisə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilən sorğunun nəticələri açıqlanıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən RJB-nin sədri Elşad Eyvazlı rəhbəlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, bir sıra təkliflər səsləndirib. E.Eyvazlı bildirib ki, 4 nominasiya üzrə keçirilən sorğuda ən çox səs toplayan 10 fəal deputat seçilib. E.Eyvazlı qeyd edib ki, sorğunun nəticələrinə görə, MM-də qanunvericilik təşübbüsləri ilə çıxış edən ən aktiv deputat kimi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, beynləxalq təşkilatlarda Azərbaycanı fəal təmsil edən deputat kimi vitse-spiker Bahar Muradova və Azay Quliyev, seçicilərin hüquqlarını daha fəal müdafiə edən deputatlar kimi Qənirə Paşayeva, Fuad Muradov və Cəmil Həsənli, plenar iclaslarda fəallığı ilə seçilən milət vəkilləri kimi vitse-spiker Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov və Səyavuş Novruzov qalib seçilib. Onun sözlərinə görə, adları çəkilən millət vəkilləri son 5 ildə daha çox fəallığı ilə seçilən deputatlar elan ediliblər. Sonra adı çəkilən millət vəkillərinə PJB-nin “3-cü çağırış Milli Məclisin ən fəal millət vəkilləri” diplomları verilib. Sorğunun nəticələrinin təqdim edilmə mərasimini dəstəkləyən “Bakcell” şirkəti tərəfindən isə qaliblərə plaket və hədiyyələr təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-3155.html