Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub
10.03.11 20:51

Azərbaycan ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sayca beşinci olan müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən nazirliyin icra, penitensiar, tibb xidmətlərində, regional ədliyyə və qeydiyyat şöbələrində, eləcə də digər ədliyyə sahələrindədir.Açıq müsabiqələrdə iştirak etmək üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ilə yanaşı, penitensiar xidmətə hərbi, psixologiya, bədən tərbiyəsi və idman, tibb xidmətinə həkim-ftiziatr, həkim-psixiatr-narkoloq, həkim-anestezioloq-reanimatoloq, həkim-cərrah və orta tibb və s. ixtisaslı şəxslər sənədlərini təqdim edə bilərlər. Nazirliyə, penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə aşağıdakı internet səhifələrində və telefonlar vasitəsilə əlavə məlumat almaq olar:Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 430-01-18, 430-11-05; Nazirliyin Penitensiar xidməti üzrə www.penitensiar.justice.gov.az, tel.: 498-00-67, 493-64-41; Nazirliyin Tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91.
URL / WWW
http://kelam.az/article/a-3153.html